Daxili Qaynar Xətt

Kapital Bank məsuliyyət və dürüstlük dəyərlərini təbliğ edən təşkilatdır. Bizim Etik davarnış məcəlləsində ən yüksək etik standartlara uyğun iş aparmaq üçün ümumi qaydalar öz əksini tapmışdır.

Kapital Bank hər bir əməkdaşdan sərbəst və səmimi kommunikasiya qurmağı gözləyir və bu mühiti formalaşdırmaq istəyir. Bu səbəbdən, Bankın siyasətinin və ya standartlarının pozulduğuna inandığınız hallarda öz rəhbərinizə və ya Bankın rəhbərliyinə müraciət etməkdə sərbəst olmağınızı istəyirik.

Şikayəti Anonim şəkildə etməyi üstün tutduğunuz hallarda, müstəqil qaynar xətt provayderi olan EthicsPoint tərəfindən idarə olunan bu Daxili Qaynar Xətt portalından istifadə etməyiniz tövsiyə olunur. Etik davranış məcəlləsiDaxili Məlumatlandırma Siyasətində göstərilən pozuntularla əlaqədar anonim şəkildə müstəqil qaynar xətt provayderi olan EthicsPoint tərəfindən idarə olunan bu Daxili Qaynar Xətt portalından istifadə etməyiniz tövsiyə olunur.

Təqdim etdiyiniz məlumatlar anonim və məxfi formada EthicsPoint sistemi vasitəsi ilə bizə göndəriləcəkdir. Əmin ola bilərsiniz ki, şikayətləriniz dinləniləcəkdir.

Daha çox məlumat üçün EthicsPoint FAQs baxın.

Şikayət Et

Zəhmət olmasa pozuntular barəsində məlumat vermək istədiyiniz Araşdırıcını seçin. Yalnız bir nəfər seçilə bilər. Seçməzdən əvvəl aşağıdakı QEYD-ə baxın:
Qeyd:

  • Audit Komitəsinin sədri ancaq o hallarda seçilə bilər ki, etdiyininz şikayət bu şəxslərdən biri haqqındadır: a) Daxili Audit Departamentinin direktoru və ya hər hansı bir əməkdaşı; və ya b) İdarə Heyətinin sədri və ya üzvü; və ya c) Müşahidə Şurasının sədri və ya üzvü.
  • Müşahidə Şurasının sədri ancaq o hallarda seçilə bilər ki, etdiyininz şikayət Audit Komitəsinin sədri və ya üzvü haqqındadır.
  • Əgər sizin şikayətiniz yuxarıda göstərilən şəxslər haqqında deyilsə, aşağıdakılardan birini seçin: a) Daxili Audit Departamentinin direktoru; və ya b) Frod və Dələduzluğa Qarşı Mübarizə Şöbəsinin rəisi ; və ya c) İnsan Resursları Departamentinin direktoru